Podolyak: Gürcüstan hökuməti İvanişvilinin Rusiya biznesinə görə sanksiyalar tətbiq etməkdən imtina edib
Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Bidzina İvanişvilinin qohumları ilə Rusiyanın biznes əlaqələri haqqında Transparency International Georgia təşkilatının Twitter-də infoqrafikasını yerləşdirib.

Transparency International Georgia dünən Bidzina İvanişvili və onun qohumlarının Rusiya biznesləri ilə bağlı hesabatını dərc edib.

“Transparency İnternational - Georgia Gürcüstan hökumətinin niyə sanksiyalar tətbiq etməkdən imtina etdiyini göstərib. Təbii ki, Bidzina İvanişvilinin rus biznesinə görə. Davit Araxamia ona qarşı sanksiyaların tətbiqindən danışır. Bütün rusiyayönlü oliqarxları de-oliqarxizasiya gözləyir”, - Podolyak yazıb.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google