Rusiya qüvvələri Xarkovu bombalayıb
Ukrayna prezidenti Vladimir Zelenskinin Xarkov şəhərinə gəldiyi xəbərindən sonra rus qoşunları şəhərin bir rayonunu bombalayıb. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Onların sözlərinə görə, Rusiya qüvvələri Xarkovun şimal hissəsinə, Jukovski kəndi yaxınlığına atəş açıb. Partlayış nəticəsində evlərə, avtomobillərə, mağazalara və qaraja ziyan dəyib.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski bu gün Xarkova işgüzar səfərə gəlib.

Print Email
FaceBook Twitter Google