Avropada meşə yanğınları ilə mübarizə aparılır - minlərlə insan təxliyə edilib
Qərbi Avropada meşə yanğınları səbəbindən minlərlə insan təxliyə edilib. Fransa, İspaniya və Portuqaliyanın müxtəlif bölgələrində yanğınsöndürənlər fəlakətlə mübarizə aparır.

Fransanın cənub-qərbində, güclü küləyin şam meşəsi yanğınlarının söndürülməsinə mane olduğu Jironde bölgəsində 12 mindən çox insan təxliyə edilib. Bordodan cənubda da yanğın var.

İspaniyada qeyri-adi yüksək temperaturun yaratdığı fəlakətlə yanğınsöndürənlər də mübarizə aparır. Ölkənin bəzi bölgələrində havanın temperaturu 45,7 dərəcəyə çatıb. Ölkənin cənubundakı Kosta del Sol yaxınlığında baş verən güclü yanğın səbəbindən 3000-dən çox insan evlərindən təxliyə edilib.

Yüzlərlə insanın təxliyyə edilməli olduğu Portuqaliyada da yanğınlarla mübarizə aparılır. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, iyulun 7-dən 13-dək Portuqaliyada istidən 238 nəfər ölüb.

Sinoptiklərin proqnozlarına görə, rekord yüksək temperaturun bu həftə də davam edəcəyi gözlənilir.

Print Email
FaceBook Twitter Google