Rusiya kamikadze dronları ilə "Ladıjinskaya" İES-ə hücum edib
Rusiya Silahlı Qüvvələri (SQ) İran istehsalı olan 2 kamikadze pilotsuz uçuş aparatı ilə Vinnitsa vilayətində yerləşən "Ladıjinskaya" İstilik Elektrik Stansiyasına (İES) hücum edib.

Bunu Vinnitsa Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Borzov deyib.

O, hadisə yerində müvafiq xilasetmə xidmətlərinin çalışdığını söyləyib.

Hücum nəticəsində istilik elektrik stansiyası sıradan çıxıb. Bundan başqa, ölkənin bir sıra regionlarında, o cümlədən Kiyev, Odessa və Dnepr vilayətlərində hava həyəcanı elan edilib.

Xatırladaq ki, oktyabrın 10-da Ukraynanın bir sıra şəhərləri Rusiya Silahlı Qüvvələrinin raket hücumuna məruz qalıb.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google