Almaniyada qatar maşinistləri, hava limanı və Lufthansa şirkətinin işçiləri tətil ediblər
Almaniyada qatar maşinistləri, hava limanının mühafizəçiləri və Lufthansa aviaşirkətinin əməkdaşları tətil ediblər.

Deutsche Bahn qatar sürücüləri tətilə yerli vaxtla saat 02:00-da başlayıb və 35 saat davam edəcək. Tətilin arxasında maşinistlərin həmkarlar ittifaqı GDL dayanır.

Frankfurt və Hamburq hava limanlarında təhlükəsizlik işçilərinin tətili səbəbindən onlarla reys təxirə salınıb. Hava limanları assosiasiyası ADV tətilin 250 mindən çox insanın səyahət planlarına təsir edəcəyini bildirib.

Qatar maşinistləri, hava limanının mühafizəçiləri və Lufthansa aviaşirkətinin işçiləri maaşların artırılmasını və iş vaxtının qısaldılmasını tələb edirlər.

Mənbə: Tabula
Print Email
FaceBook Twitter Google