Ararat Mirzoyan - Hazırda Ermənistanın gündəmində NATO-ya daxil olmaq məsələsi yoxdur
Hazırda Ermənistanın gündəmində NATO-ya daxil olmaq məsələsi yoxdur – Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu barədə Argentinanın “Todos Noticias” televiziyasına müsahibəsində bildirib.

“Biz artıq NATO ilə əməkdaşlıq edirik, sülhməramlı əməliyyatlarda iştirak edirik. Biz Əfqanıstanda idik, indilərdə Kosovodakı sülhməramlılarımızın sayını artırdıq. Bizim əməkdaşlıq formatımız var. Əgər söhbət NATO-ya üzv olmaq istəyi və ya namizədlikdən gedirsə, xeyr, bu məsələ hazırda Ermənistanın gündəmində deyil” – Mirzoyan bildirib.

Bundan əlavə, Ermənistan Respublikasının xarici işlər naziri Avropa İttifaqı ilə əməkdaşlıqdan danışarkən Ermənistan vətəndaşlarının, erməni xalqının Avropa istəklərinin olduğunu bildirib.

Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google