Batumidəki uçquna görə təqsirləndirilən şəxslər həbs olunub
Gürcüstanın Batumi şəhərində yaşayış binasında uçqunun baş verməsi ilə bağlı saxlanılan üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə şəhər məhkəməsi qərar qəbul edib.

İttiham olunanlar günahı sübuta yetirilərsə, onları 2 ilədək 5 ilədək həbs gözləyir.

Həbs olunanların vəkili Ramin Papidze deyib ki, baş vermiş uçquna müdafiə etdiyi şəxsin mənzilində aparılan təmir işlərinin
səbəb olmasına dair ekspert rəyi yoxdur. Onun sözlərinə görə, hadisənin baş vermə səbəbini yalnız mühəndis ekspertizası müəyyən edə bilər. Vəkil ekspertiza rəyi olmadan Z.Budaqovun həbsə alınmasını qanunsuz adlandırıb.

Xatırladaq ki, oktyabrın 8-də Batumidə yeddimərtəbəli yaşayış binasının bir blokunda baş vermiş çökmə zamanı üçü uşaq olmaqla 9 nəfər ölüb. Faciə ilə bağlı bu gün Gürcüstanda matəm günüdür, ölkə ərazisində dövlət bayraqları endirilib.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google