Qaratəhlə kəndində atışma olub, yaralanan var
Qardabani rayonunun Qaratəhlə kəndində silahlı insident baş verib.

Məlumata görə, naməlum şəxslər avtomobilində olan gəncə atəş açaraq hadisə yerindən qaçıblar.

Nəticədə o, xəsarət alıb. Yaralı Rustavi şəhərinin mərkəzi xəstəxanasına çatdırılaraq təcili əməliyyat olunub. Onun vəziyyəti kritik ağır qiymətləndirilir.

Hadisənin motivi məlum deyil.

Qaratəhlə
kəndinə ekspert-kriminalistlər cəlb olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə araşdırma aparılır. Həmin maddə qəsdən adam öldürməni nəzərdə tutur.

Print Email
FaceBook Twitter Google