“Ramazan ayının başlamasının dəqiq vaxtı ayın
görünməsindən sonra məlum olacaq”, – bu sözləri
“Marneuli” radiosu ilə söhbəti zamanı Bütün Gürcüstan Müsəlmanları
İdarəsinin şeyxi Hacı Ramin İgidov dedi.
Gürcüstanın hakim partiyası martın birinci ongünlüyündə hökuməti
geri çəkilməyə vadar edən etirazlara görə “100 milyon dollarlıq
büdcədən maliyyələşən anarxist və satanistləri” ittiham edir.
Cari ilin yanvar-fevral aylarında Gürcüstanın xarici ticarət
dövriyyəsi 2,9 milyard ABŞ dolları təşkil edib. Bu da 2022-ci ilin
eyni dövrü ilə müqayisədə 12,3 faiz çoxdur.