LIVE: İmir kəndində yerləşən 59 saylı məntəqəyə müşahidəçilər patrul çağırıb
Marneulidə, İmir kəndindəki 59 saylı seçki məntəqəsində fiziki qarşıdurma baş verib.

“Çoxmillətli Gürcüstan” təşkilatının müşahidəçiləri bildirdilər ki, onlar hüquq mühafizəçilərini çağırıblar.

“Marneuli” radiosunun əldə etdiyi məlumata görə, İmir seçki məntəqəsində seçici səs verməyə gəlib, lakin onun əvəzinə artıq səs veriblərmiş.

Çoxmillətli Gürcüstan” qeyri-hökumət təşkilatı keçirdiyi brifinqdə 22 saylı Marneuli Seçki Dairəsində bir sıra qanun pozuntuları qeydə alıblar.

59 saylı seçki məntəqəsi gec açılıb. Bu məntəqədə müşahidəçilər tərəfindən təbliğata cəhd faktları qeydə alınıb. Seçki məntəqəsi ərazisində vətəndaşlardan biri Salome Zurabişvilini təbliğ edən köynək geyibmiş.

“Marneuli” radiosunun əməkdaşları hadisə yerindədirlər və insidentin səbəblərini aydınlaşdırmağa çalışırlar.



Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər