Meriya mükafat qarşılığında məktəbi tərk edən, pensioner pedaqoqlar üçün təntənəli tədbir keçirib
9 oktyabrda Marneuli Meriyası mükafat qarşılığında məktəbi tərk edən pensioner müəllimlər üçün təntənəli tədbir keçirib. Eləcə də Marneulinin uğurlu müəllimləri də tədbirdə iştirak edib.

Onlara gül dəstələri verilib.

Tədbirin sonunda xatirə tortu kəsilib.

2019-cu ildə Təhsil Nazirliyinin təklifini 261 nəfər Marneulili pedaqoq qəbul edib və onlara pul mükafatı təqdim olunacaq. Onlar həmçinin, dövlət tərəfindən daimi sığorta ilə təmin olunacaqlar.

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən, hörmətli pedaqoq Yuliya Darbaidzeyə Gürcüstanın layiqli müəllimi diplomu təqdim olundu.

Bələdiyyənin rəhbər şəxsləri tərəfindən hörmətli müəllimə təşəkkürnamə və xatirə üçün hədiyyələr təqdim olundu.










Print Email
FaceBook Twitter Google