Marneulinin mərkəzi küçəsində üç əl atəş açılıb - yaralanan var
Bu gün, 10 oktyabr tarixində Marneulinin mərkəzi küçəsində üç əl atəş açılıb.

Hadisə Rustaveli küçəsində, poçtun yaxınlığındakı çayxana ərazisində baş verib. Çayxana əməkdaşının “Marneuli” radiosuna verdiyi məlumata görə, yeddi nəfərədək kişi çayxananın qarşısında otururmuş və naməlum şəxslər onlara atəş açıblar.

Şahidlərin sözlərinə görə, naməlum şəxslər üç dəfə atəş açıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hüquq mühafizəçiləri hadisə yerindəki təhlükəsizlik kameralarını yoxlayırlar.

“Marneuli” radiosu faktla bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən məlumat əldə edən kimi təqdim edəcəyik.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər