İmamquliyev auditin hesabatı ilə bağlı özünüidarəetməyə Bələdiyyə İclasında sual verməyi planlaşdırır

“Avropalı Gürcüstan” partiyasının Marneuli Bələdiyyə Məclisinin üzvü Əhməd İmamquliyev Bələdiyyə Məclisinin iclasında Dövlət Audit Xidmətinin yayımladığı Marneuli meriyasının qayda pozuntularını müzakirə etməyi planlaşdırır.



“Biz 2020-ci ilin büdcəsini müzakirə etmək üçün hazırlaşırıq. İclasda mer və Bələdiyyə Məclisi nümayəndələri də olacaq. Həmin gün Bələdiyyə Məclisinin sədrindən və üzvlərdən birbaşa soruşmalıyıq ki, niyə susurmuşlar. Bildiyiniz kimi meriya bizə məlumat vermir, yazanda natamam cavab verirlər və həmişə deyirlə ki, buna hansısa veb-səhifədən və saytlardan baxa bilərik. Mən həmin məktubları saxlamışam. Məhz həmin gün “Gürcü Arzusu”nun nümayəndələrindən, ilk növbədə Bələdiyyə Məclisinin sədrindən bunların hamısını soruşmağı planlaşdırırıq”, – Əhməd İmamquliyev deyir və qeyd edir ki, Audit Xidməti tərəfindən yayımlanan hesabat üumiyyətlə təəccüblüdür, amma o, bir neçə məsələni xüsusi qeyd edəcək - yanacaq, “Avtopark” MMC-nin mövzusu və restoran xidmətlərinə xərclənmiş məbləğlər.

“Bunların hamısı bizim cibimizdən gedir. Bundan dolayı, konkret məsələləri qeyd etmək çətindir, amma Auditin hesabatında əks olunan qayda pozuntuları ciddidir. Marneuli bələdiyyəsinin bir tetrisi belə Marneuli əhalisini aiddir”, – Əhməd İmamquliyev deyir və anons edir ki, Bələdiyyə Məclisi isclasında büdcə ilə əlaqədar bir təklifi var, ancaq təfərrüatları hələ qeyd etmir.

Dövlət Audit Xidməti tərəfindən yayımalan Marneuli bələdiyyəsinin 2017-2018-ci illərin büdcəsi ilə nəzərə alınmış proqramlarının hesabatı ilə əlaqədar prokurorluq cinayət məcəlləsinin 332-ci maddəsinin 2-ci hissəsi ilə istintaq aparır. Həmin maddə səlahiyyətindən sui istifadə etməni nəzərdə tutur. Hesabata əsasən Marneuli meriyası 2017-2018-ci illərdə bələdiyyə büdcəsini səmərəli şəkildə sərf etməyib.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər