Meriya Böyük Muğanlıda suvarma nasosuna transformator almaq üçün 35 539 lari dəyərində tender elan edib
Marneuli yerli özünüidarəsi Böyük Muğanlı kəndində suvarma nasosunun enerji təchizatı məqsədi ilə transformatorun alınması üçün tender elan edib.

“Marneuli Kənd Suları” MMC-nin direktoru Nəbi Abdullayev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, meriya Böyük Muğanlıdakı nasosu artıq bələdiyyə şirkətinin balansına keçirib. Ancaq təmirə ehtiyac var idi və buna görə tender elan ediblər.

Marneuli meriyası Böyük Muğanlı kəndində suvarma nasosunun enerji təchizatı məqsədi ilə transformatorun alınması və köhnə transformatorun sökülməsi, yenisinin quraşdırılması xidməti üçün 35 539 lari dəyərində tender elan edib.

Tenderdə iştirak etmək istəyən namizədlər 2 iyuldan 4 iyula qədər təkliflərini təqdim edə bilərlər. Tender sənədlərinə görə, qalib şirkət müqavilə bağlandıqdan 7 gün ərzində işləri yerinə yetirməlidir.

Print Email
FaceBook Twitter Google