Marneuli bələdiyyəsində elektrik enerjisinin verilməsi dayandırılacaq
"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik şəbəkəsinin planlı bərpa işlərinə görə, 6 iyul tarixində Marneuli bələdiyyəsində elektrik enerjisinin verilməsində fasilələr yaranacaq.

Şirkətdən verilən məlumata görə, bu gün saat 13:00-dan 16:00-a kimi Marneuli rayonunun Qızılhacılı və ətraf kəndlərində, eləcə də Marneuli şəhərinin Cavaxişvili, 26 may, Lagidze, Qorki, Qoqol və ətraf küçələrdə elektrik enerjisinin verilməsi müvəqqəti olaraq dayandırılacaq.

Bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq və həmişəki rejimdə veriləcək.

Mənbə: tv4.ge
Print Email
FaceBook Twitter Google