28 iyul tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində “Mülki
İştirak və Aktivizm Mərkəzinin” təşkilatçılığı ilə “Kriminal
submədəniyyətin həbsxana və ictimaiyyətdə təsiri” mövzusunda
mühazirə keçirilib.
Məruzəni İlia Dövlət Universitetinin mühazirəçisi və “Tərəqqi üçün
qabaqlayıcı tədbirlər” qeyri-hökumət təşkilatının sədri Anton
Kelbakiani oxuyub. Mühazirəçinin bizimlə söhbəti zamanı
bildirdiyinə görə, qeyd olunan məsələ ilə bağlı tez-tez mühazirələr
keçir.
O, qeyd edir ki, gənclər arasında kriminal submədəniyyətin
təsirindən danışmaq mühümdür. Çünki bu problem Sovet dövründən var,
məşhurdur və gələcək nəsillərə böyük təsir göstərir. Qeyd olunan
qruplardan müxtəlif məqsədlər üçün istifadə etməyi isə buna dəstək
olan hadisə kimi qeyd edir.
“Görüş kriminal submədəniyyətin təsirinə aid idi. Bu həbsxanada da,
ictimaiyyətdə də var. Submədəniyyət çox spesifikdir. Bu indi
yaranmayıb, faktiki olaraq klassik sovet fenomenidir, müəyyən
dəyişikliklərə məruz qalıb. Çox proseslərə təsir göstərir, nə
dərəcədə təhlükəlidir, bu baxımdan həyəcan əlamətləri görünür. Bu
mövzularda sonuncu araşdırma qapalı məkanda olmuşdu, həbsxanada
hansı təsirləri var və ikinci seçki prosesi idi. Bu qruplar nə
dərəcədə prosesə qoşulmuşdular. Qrupların kifayət qədər
səlahiyyətli olması dövlət siyasətinin nəticəsidir. Bu qruplardan
müxtəlif məqsədlər üçün istifadə edilməsi aşkar görünür. Seçki
prosesində həqiqətən istifadə olunmuşdu. Eləcə də Kvemo Kartlidə
münaqişə olan zaman bunun həlli məqsədi ilə də istifadə olunmuşdu.
Bu faktiki olaraq dövlət institutlarının dağılması deməkdir. Çünki
öz funksiyasını yerinə yetirə bilmir və bu qruplardan istifadə
edir, həmçinin, gənclər üçün məşhur olublar. İkinci problem daha da
dərinləşir”, – mühazirəçi bildirdi.
Kalbakianinin sözlərinə görə, məsələ məktəblərdə çox ciddidir və
onun qarşısının alınması yolları barədə danışdı. O, bildirdi ki,
uşaqlar üçün məktəb mühiti və onunla işləmək çox mühümdür.
“Buna məktəb də nəzarət etməlidir, təksə cəzalandırma addımları
nəticə vermir. Uşaqlar üçün necə şərait yaratdığın mühümdür. Mülki
təhsil, müxtəlif komponentlərlə işləmək lazımdır. Eləcə də çətin
hallar aşkarlanarsa, polisə müraciət edə bilərsən, onlarla ünsiyyət
nəticəsində uşaqlarla işləyə bilərsən. Bu problem həmişə var idi və
gənclərdə virus kimi yayılıb. Biz görəndə ki, uşaqdan seçkidə,
münaqişənin həllində istifadə edirlər, bu məsələni əyləncəli edir
və uşaqlar üçün cəzbedici olur. Kvemo Kartli fərqli guşə ola bilər,
burada özünəməxsus kontekst ola bilər. Çünki etnik azlıqlardır və
etnik, dini kontekst də var. Bunun üçün ümumi siyasət
hazırlanmalıdır”, – Kelbakiani bildirdi.
“Mülki İştirak və Aktivizm Mərkəzinin” rəhbəri Rəşan Ziyadəliyev
bildirir ki, məsələ ilə bağlı danışmaq mühümdür. Çünki kriminal
mədəniyyət bütün ölkə üçün problem təşkil edir. Ancaq demokratik
ölkənin formalaşması üçün kiçik də olsa, addımlar atmaq
mühümdür.
“Kriminal mədəniyyət bütün ölkə üçün böyük problemdir. Amma
düşünürəm ki, Kvemo Kartlidə çox böyük rol oynayır Biz bunu
seçkilər zamanı da görürük. Qoşulma aktualdır, eləcə də Dmanisi
münaqişələri zamanı da gördük. Bu mövzuda müxtəlif istiqamətlərdə
işləmək mühümdür. Əlbəttə, ilk növbədə araşdırmalar aparılmalıdır.
Başqa regionlarda da araşdırmalar var, təəssüf ki, Kvemo Kartlidə
yoxdur. Müvafiq olaraq ümid edirəm ki, gələcəkdə bu üç məsələ ilə
bağlı araşdırma aparılacaq. Bizim regionun inkişafı, yerli
səviyyədə demokratiyanın yaradılması üçün bu problemin həlli
mühümdür. Bu tez baş verməyəcək, amma kiçik addımlar atmaq
vacibdir”, – Rəşan bildirdi.
Görüşdə Marneulinin vətəndaş cəmiyyəti nümayəndələri, tələbələr,
siyasətçilər və media nümayəndələri iştirak edirdilər.