8 sentyabr tarixində, beynəlxalq savadlılıq günü ilə əlaqədar
Marneuli ictimai Kitabxanasında kitabxanaçı kiçik oxuculara
hekayələr oxuyacaq.
Sonra isə müzakirə keçiriləcək. Bu barədə Marneuli İctimai
Kitabxanasının Facebook səhifəsində məlumat yayımlanıb.
“Bizim kiçik oxucularımıza kitabxanaçı uşaq hekayələri oxuyacaq,
müzakirə baş tutacaq, oxunulan, dərk ediləni müzakirə edəcəyik.
Tədbirin sonunda isə kiçik oxucuları əyləncəli, maarifləndirici
oyun gözləyir. Yaş: 8-11 yaş. İştirak etmək
sərbəstdir” – məlumatda qeyd olunub.
Tədbir İctimai Kitabxananın təşkilatçılığı ilə saat 15:00-da
keçiriləcək.