Marneulinin “Algeti” klubunun futbolçuları Qori komandasını məğlub ediblər
12 yaşlı Marneulili futbolçular 30 oktyabr tarixində Qori komandasını 3:2 hesabı ilə məğlub ediblər. Bu barədə Marneuli İdman Məktəbi məlumat yayımlayıb.

Futbol üzrə “çempionlar liqası” turnirinin ikinci mərhələsi aparılır.

"Cari ilin 30 oktyabrında Marneulinin “Algeti” futbol komandası çempionlar liqası oyununun təqvim oyununu keçirib. 2010-cu il təvəllüdlü futbolçular arasında oyun Qori şəhərində baş tutub. Oyunda Marneulinin “Algeti” və Qorinin “Qori” komandası oynayıb. Oyun “Algetinin” qələbəsi ilə – 3:2 hesabı ilə başa çatıb”, – İdman Məktəbinin “Facebook” səhifəsində yazılıb.

İdman Məktəbinin məlumatına görə, Marneuli bələdiyyəsi çempionatda üç yaş kateqoriyasında – 2007, 2008- və 2010-cu il təvəllüdlülər kateqoriyasında iştirak edirlər.





Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər