Marneulili oxçu Gürcüstan kubokunun və Ketevan Losaberidze
kubokunun qalibi olub.
Marneuli bələdiyyəsinin İdman Məktəbi tərəfindən yayımlanmış
məlumata görə, 26-29 oktyabr tarixində, Tbilisi şəhərində Ketevan
Losaberidze adına Gürcüstan kubokunun finalı baş tutub. Salome
Xarşiladze qadınlar arasında birinci yerə çıxıb.
“Turnir çərçivəsində qadın və kişilər kateqoriyasında qaliblər
Salome Xarşiladze və Caba Moseşvili arasında super final, Ketevan
Losaberidze kuboku oyunu baş tutub. Oyunda Salome Xarşiladze kuboku
qazanıb. Turnir Dünya Oxçuluq Federasiyasının “WORLD ARCHERY“ (WA)
qaydalarına uyğun olaraq keçirilib”, – İdman
Məktəbinin məlumatında qeyd olunub.
Marneuli bələdiyyəsinin İdman Məktəbinin məlumatına görə, turnirdə
qalib gələnlər və mükafat qazananları Gürcüstan Milli Oxçuluq
Federasiyası Prezidentinin müavini, Marneuli bələdiyyəsinin İdman
Məktəbinin direktoru Mamuka Naveriani mükafatlandırıb.