Marneuli Bələdiyyə Məclisi 2023-cü ilin büdcəsini təsdiqləyib
Bu gün, 26 dekabr tarixində Marneuli Bələdiyyə Məclisinin iclası keçirilib. İclasda 2023-cü ilin büdcəsi təsdiqlənib. Yerli özünüidarənin büdcəsi indiki mərhələdə 46 856 300 lari müəyyən olunub.

Qanunverici orqandan bildirdiklərinə görə, bu, büdcənin yekun versiyasıdır və mərkəzi hakimiyyətdən də pul gözləyirlər. Gələn ilin büdcəsində müəyyən edilmiş vəsait haqqında meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbəri səlahiyyətlərinin icraçısı Maia Naveriani danışıb.

“Büdcə ümumilikdə 46 856 300 lari müəyyən olunub. Buradan 56 366 lari özümüzün, 490 000 lari isə dövlət büdcəsindən müəyyən edilib. Ancaq yanvarda dövlət büdcəsindən pul artırılacaq. Əməkhaqqı üçün 6 813 500 lari nəzərdə tutulub. Mal və xidmət maddəsində 6 270 400 lari, subsidiyalarda 15 349 000 lari, sosial təminat 2 811 000 lari nəzərdə tutulub. Ancaq burada da layihə üzərində işlər aparılır və güman ki, artırılacaq. Hələ layihə sona qədər işlənməyib. Təsdiqlənmiş versiya verilən kimi ona əsasən pulu da artıracağıq. Digər xərclər maddəsində 2 338 500 lari nəzərdə tutulub”, – Maia Naveriani bildirdi.

Vahid Milli Hərəkat Marneuli özünüidarəsinin 2023-cü il büdcəsinin müzakirəsində iştirak etməyib. VMH-ın üzvü Laşa Kveladze Bələdiyyə Məclisində çıxış üçün söz istəmişdi. Ancaq Bələdiyyə Məclisinin sədri ona bu hüququ vermədiyinə görə o, etiraz əlaməti olaraq zaldan çıxıb. Ona qədər isə Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze sonradan Laşa Kveladzeyə söhbət 2023-cü ilin büdcəsinə keçdikdən sonra çıxış etməyi təklif edib. İclasda iştirak edən deputatlar yekdilliklə büdcənin təsdiqlənməsini dəstəkləyiblər.

Bələdiyyə Məclisinin bugünkü iclasında ümumilikdə 7 məsələ müzakirə olunub. İclas təxminən 20 dəqiqə davam edib.

Print Email
FaceBook Twitter Google