Partiya əlamətinə görə işini itirmək – Marneulidə diskriminasiya halları
Ədalətli Seçkilər və Beynəlxalq Demokratiya İttifaqı artıq bir ildən artıqdır ki, siyasi baxışlarına görə ayrı-seçkiliyə məruz qalanlara hüquqi yardım göstərir.

Ötən il - 2021-ci ildə Qiorqi Qaxarianın “Gürcü Arzusu” partiyasını tərk etməsindən və seçkilərdə müstəqil şəkildə iştirak etməyə qərar verməsindən sonra onun dövlət stukturlarına işləyən çox sayda dəstəkçiləri ortaya çıxdı. Məhz həmin dövrdə siyasi baxışlarına görə ayrı-seçkilik və işdən azad edilmə halları başladı.

Baxmayaraq ki, Qiorqi Qaxarianın “Gürcüstan naminə” partiyası Marneulidə fəal olaraq işləmirdi və yerli səviyyədə onun dəstəkçilərinin işdən azad edilmə halları olmayıb, bələdiyyədə yenə də siyasi baxışlarına görə işdən azad edilmə məsələsi mövcuddur.

Vahid Milli Hərəkatın Marneuli rayon təşkilatının rəhbəri Laşa Kveladze siyasi baxışlarına görə ayrı-seçkilikdən söhbət açır. Onun sözlərinə görə, Marneulidə illər ərzində “VMH”-ın dəstəkçiləri və üzvlərini müxtəlif bələdiyyə və ya dövlət işindən azad ediblər.

“Ümumiyyətlə, hamıya məlumdur ki, “Gürcü Arzusu” fərqli fikri və rəqibləri qəbul etmir. Buna nümunələr də çoxdur. Məsələn, bizim partiyanın üzvü Davit Kimadze, həmçinin, Bələdiyyə Məclisinin üzvüdür. Onun atasını 2020-ci il seçkilərindən sonra işdən azad ediblər. Kommunal xidmətdə, təmizlik xidmətində işləyirdi, işdən çıxardılar. Eləcə də bizim partiyanın üzvü İrakli Kveladze bizə seçkilərdə kömək edirdi və ofisimizdə idi, Uşaq Bağçaları Birliyində işləyirdi. Onu da siyasi əlamətlə işdən çıxardılar. Qiorqi Mumladze mülki fəal idi və indi “Milli Hərəkatın” sədrliyinə namizəddir. Onun qardaşını da işdən azad ediblər. Qiorqi bu məsələni şikayət etmişdi və vəkillərin köməyi ilə bu problem həll olundu. Belə hallar tez-te zbaş verir, gəzirlər və vətəndaşları qorxudurlar, kəndlərdə torpaqlarını əllərindən almaqla hədələyirlər. Deyə bilərik ki, bələdiyyədə böyük problemdir”.

Laşa Kveladzenin sözlərinə görə, əksər hallarda onların nümayəndələrinə və dəstəkçilərinə təzyiq seçki dövründə başlayır. Seçkilərdən sonra isə “Gürcü Arzusu” müxtəlif hədələmələri tamamlayır.

“Ayrı-seçkilik məsələlərinə görə məhkəməyə müraciət etməmişik. Çünki məhkəməyə etibarımız yoxdur. Yalnız bir halda Qiorqi Mumladze şikayət etmişdi. Özü hüquqşünasdır və çox sayda vəkil dostları da var, onların köməyi ilə qardaşının problemini həll etdi. İşdən azad ediləndə mənim onlarla ünsiyyətim oldu və şikayət etməyi də təklif etmişdim. Dedim hüquqi şəkildə mübarizə aparaq, ancaq onlar istəmədilər. Çünki bu hakimiyyət şəraitində hüquqi mübarizənin mənasız olduğunu hesab edirlər”
, – Laşa Kveladze bildirdi.

Əgər vətəndaş hesab edirsə ki, o, siyasi baxışlarına görə ayrı-seçkiliyə məruz qalıb, məhkəməyə müraciət edə, pozulmuş hüququnu bərpa edə bilər. Məhkəməyə müraciət etməkdə və hüquqi yardım göstərməkdə vətəndaşlara Ədalətli Seçkilər və Beynəlxalq Demokratiya İttifaqı kömək edə bilər. “Ədalətli Seçkilərin” “Media və dövlət sektorunda işləyənlərin ədalətə bərabər əlçatanlığı” layihəsinin hüquqşünası Meqi Bakuridze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, layihə bir ildən artıqdır, həyata keçirilir və iş yerində sıxışdırıldığını, yaxud iş zamanı hansısa hüququnu həyata keçirməkdə ona mane olunduğunu, ayrı-seçkilik üzündən işdən azad edildiyini hesab edən hər kəs “Ədalətli Seçkilərə” müraciət edə bilər. Təşkilat əvvəlcə vətəndaşa məsləhət verir və bunun nəticəsində öz hüquqlarını bərpa etmək üçün hüquqi yardım göstərir.

Ədalətli Seçkilər və Beynəlxalq Demokratiya İttifaqı ilə CLOAKING elektron poçtu və ya 0 800 100 143 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


Print Email
FaceBook Twitter Google