Qeyri-hökumət və media təşkilat nümayəndələri Parlament qarşısında “Xarici təsir agenti” qanun layihəsinə etiraz edirlər
Qeyri-hökumət və media təşkilat nümayəndələri Gürcüstan Parlamenti qarşısında Xarici təsir agenti” qanun layihəsinə etiraz edirlər.

“Salam” paltformasının üzvü Benyamin Qasımov bildirir ki, qanun qəbul olunarsa Gürcüstanın hər bir vətəndaşı üçün problem yaranacaq və onların hüquqları məhdudlaşdırılacaq.

“Biz buna etiraz edirik. Bu bizim ölkənin gələcəyinə, hər bir vətəndaşın firavanlığına aiddir. Parlament bu qanunu qəbul etməməlidir. Bilirik ki, Parlament deputatlarının əksəriyyəti QHT sektorundan gəlib və düşünürül, bu geriyə atılmış addım, rus qanununun analoqudur”, - Benyamin bildirir.

Media və QHT nümayəndələrini Parlamentdə Komitə müzakirəsinə buraxmırlar.

“Gürcü Arzusundan” ayrılmış deputatların “Xalqın gücü” qrupu Gürcüstan Parlamentinə “Xarici təsir agentləri” haqqında qanun layihəsi təqdim edib. Qanun layihəyə əsasən, gəlirinin 20%-dən artığı xarici təşkilatlardan olan bütün media və qeyri-hökumət təşkilatları “xarici təsir agenti” hesab olunacaqlar. Rusiya bu qanunu 2012-ci ildə qəbul etmişdi və bundan sonra faktiki olaraq azad media, vətəndaş sektoru bağlanmışdı.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər