Eko-miqrantların məskunlaşdığı məntəqədə və daha üç küçədə küçə işıqları quraşdırılacaq
Marneuli şəhərində dörd küçədə küçə işıqları quraşdırılacaq. Marneuli meriyası işıqların quraşdırılması işləri üçün lazımı smeta sənədlərinin tərtib edilməsi ilə bağlı 5932 lari dəyərində tender elan edib.

Sənədlərə görə, küçə işıqları quraşdırılacaq:

- D.Ağmaşenebeli-Yağlıca küçəsi
- R.Lağidze küçəsi
- 26 may küçəsi
- Marneuli şəhərində eko-miqrantların məskunlaşdığı məntəqə


Tenderdə iştirak etmək istəyən şirkətlər 8-10 mart tarixlərində öz təkliflərini təqdim edə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan 30 gün ərzində smeta sənədlərini Marneuli meriyasına təqdim etməlidir.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər