Marneulidə Novruz bayramı ilə əlaqədar planlaşdırılmış konsert ləğv olunub
Marneulidə Novruz bayramında konsert olmayacaq. Bu barədə Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze məlumat verib. O, qeyd edib ki, bu qərarı Türkiyədə baş vermiş zəlzələyə görə qəbul ediblər. Onun sözlərinə görə, tədbir məhdudlaşdırılmış formatda keçiriləcək. Sərgilər təşkil olunacaq, kulinariy masterklasları və s. keçiriləcək.

“Biz genişmiqyaslı tədbir keçirməyi planlaşdırmışıq. Amma Türkiyədə baş vermiş çox sayda adamın həlak olduğu faciəyə görə qərar qəbul etdik ki, tədbir məhdudlaşdırılmış formatda keçirilsin, yəni konsert olmadan baş tutacaq. İdman tədbirləri olacaq, azərbaycan yeməklərinin dadına baxacaqlar və s. Eləcə də tədbirdə fermerlər olacaq və öz məhsullarını təqdim edəcəklər. Mən istəyirəm, bələdiyyədə yaşayan etnik azərbaycanlıların Novruz bayramını, yazının gəlişin böyük hörmətlə təbrik edim. Hər bir ailə üçün bu il sülh gətirən il olsun”, – Amiran Qiorqazde bildirib.

Marneuli yerli özünüidarəsi bir neçə həftə əvvəl Novruz bayramına hazırlıqlara başlayıb. 16 fevral tarixində 85 485 lari dəyərində tender elan olundu, meriya genişmiqyaslı tədbirlər keçirməyi planlaşdırırdı.

“Novruz” fars sözüdür. Onun birinci hissəsi, “nov” yeni, ikinci hissəsi, “ruz” isə gün deməkdir. Novruz bayramı yazın gəlişi, bəzi ölkələrdə isə yeni ildir. Bayram süfrəsinə xüsusi diqqət yetirilir. Xüsusilə bu gün üçün üç cür şirniyyat, şəkərbura, qoğal, paxlava bişirilir. Eləcə də yumurtalar qırmızı boyanır və səməni ətrafına düzülür.

21 marta qədər Novruz bayramının dörd çərşənbəsi qeyd olunur. Bu etnik azlıqların kimliyinin bir hissəsidir. Çərşənbə yaşam üçün mühüm olan dörd ünsürlə, su, yel, torpaq və odla əlaqədardır.

Qeyd edək ki, Novruzun qeyd olunma qaydasına “Pələng dərisi geymiş pəhləvanda” da rast gəlinir.

Print Email
FaceBook Twitter Google