Şaumyanidə kənd toplantısında küçə işıqlarının quraşdırılmasını dəstəkləyiblər
16 fevral tarixində Şaumyani kəndində kəndə dəstək proqramı çərçivəsində toplantı baş tutub. Əhali küçə işıqlarının quraşdırılmasını dəstəkləyib.

Kənd toplantısı Şaumyani 3 saylı məktəbinin ərazisində baş tutub. Şaumyani üçün mərkəzi büdcədən 20 000 lari ayrılıb.

Küçə işıqlarından başqa daxili yollara asfalt çəkilməsi prioritet olaraq qeyd olunub.

Marneulidə kənd toplantılarına 12 fevral tarixində başlanılıb.

Kəndə Dəstək Proqramı üçün 2024-cü ildə Gürcüstanın Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb.

Kəndlərə vəsait əhalinin sayına görə bölünüb. Hər kəndə ən az 10 000 lari, ən çox 20 000 lari nəzərdə tutulub.

Print Email
FaceBook Twitter Google