Təzəkənddə kənd toplantısı 25 fevral tarixində təkrar keçiriləcək
Marneuli bələdiyyəsində, Təzəkənddə ümumi kənd toplantısı təkrar olaraq 25 fevral tarixində keçiriləcək. Bu barədə Marneuli meriyasının veb-səhifəsində məlumat yayımlanıb.

Kəndə dəstə proqramı çərçivəsində əhali ilə görüşlər saat 12:00-da başlayacaq. Birinci toplantı Sadaxlı inzibati vahidliyində, Təzəkənddə, 14 fevral tarixində keçirildi. Ancaq əhalinin kifayət qədər sayda iştirak etməməsinə görə, toplantı baş tutmadı. Təzəkənd üçün mərkəzi büdcədə 16 000 lari ayrılıb.

Marneuli bələdiyyəsində kənd toplantıları davam etdirilir. 23 fevral tarixində altı kənddə, Kürtlər, Baydar, Böyük Muğanlı, Xocorni, Qiulbağ və Tsopidə kənd toplantıları keçiriləcək.
  • Kürtlər inzibati bina ərazisi – 23 fevral, saat 12:00
  • Baydar məktəb ərazisi – 23 fevral, saat 11:00
  • Böyük Muğanlı məktəb ərazisi – 23 fevral, saat 13:00
  • Xocorni məktəb ərazisi (Xocorni, Brdazor) – 23 fevral, saat 11:00
  • Qiulbağ, məktəb ərazisi – 23 fevral, saat 12:00
  • Tsopi – məktəb ərazisi – 23 fevral, saat 13:00
Prioritetlərin seçilməsi məqsədi ilə əhali ilə görüşlər 26 fevrala qədər davam edəcək. Kəndə dəstək proqramı üçün 2024-cü ildə Gürcüstanın Regionlarda Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb. Kəndlərə vəsait əhalinin sayına görə bölünüb. Hər kəndə ən az 10 000 lari, ən çox isə 20 000 lari nəzərdə tutulub.

Print Email
FaceBook Twitter Google