İsfahan Əliyev kikboks üzrə baş məşqçi təyin edilib
“Qaracalar” idman klubunun rəhbəri İsfahan Əliyev “Gürcüstan Tayboksinq və Kikboksinq Milli Federasiyası”nın Kvemo Kartli üzrə baş məşqçisi təyin edilib. O, bu vəzifəyə federasiyanın prezidenti Qoça Cavaxia tərəfindən gətirilib. Əliyev 2015-ci ildən federasiyada həm idmançı kimi, həm də məşqçi kimi fəaliyyət göstərir.

Əliyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, o, “Qaracalar” idman klubunun və Qardabani rayonunun baş məşqçisidir.

“Mən bir idmançı kimi 2018-ci ildə peşəkar kikboksinq üzrə döyüşdən ölkəmizə kəmər gətirdim. Klubum 2018-ci ildə ölkədə ən yaxşı idmançılar yetişdirən və ən çox çempion verən klubu olaraq seçildi. Həm də komanda klubunu qazandıq. 2022-ci ildən bu günə qədər mənim tələbələrim dünya arenalarında, bir çox ölkələrdə ölkəmizi layiqincə təmsil edirlər. Mən bu vəzifəyə cənab Qoça Cavaxiya və Kvemo Kartli üzrə rəsmi təmsilçilər tərəfindən gətirildim. Məni bu vəzifəyə gətirənlərə, fedaerasiyanın prezidentinə, Tofiq Əkbərova və dövlət nümayyəndələrimizə təşəkkür edirəm. Çalışacağam ki, daha böyük işlər görüm”.

Baş məşqçinin sözlərinə görə, onun özü də yenidən beynəlxalq yarışlarda iştirak etmək üçün hazırlaşır.

“Hal-hazırda özüm də döyüşlərə hazırlaşıram. Taylandın Pxuket şəhərinə gedəcəm. “Qaracalar” idman klubunun üç yetirməsi - Emil Xəlilov, Kənan Bayramov və Özcan Əhmədov Taylanda kikboks üzrə yarışlarda iştirak edirlər. Mənim özüm də tələbələrimlə birlikdə ölkəmizi layiqincə təmsil edəcəm. Mənə dəstək verən və uğurmuza sevinən hər kəsə dərin təşəkkürmü bildirirəm. Onların sayəsində biz daha böyük uğurlara layiq görüləcəyik”.

Xatırladaq ki, 2018-ci il yanvarın 6-da, Turkiyədə keçirilən peşəkarlar arasında kikboksinq yarışında İsfahan Əliyev 65 kq çəki dərəcəsində rövanş döyüşündə öz rəqibinə qalib gələrək “Peşəkar Kəmər” sahibi olmuşdur. Bundan başqa Əliyev həmin ilin aprelin 14-də Almaniyanın Haiger şəhərində keçirilən WFMC versiyasi üzrə peşəkar K-1 ( kilboksinq) üzrə yarışda Avropa çempionu olmuşdu.

Print Email
FaceBook Twitter Google