Marneuli məktəblərində tətil 8 mart tarixindən başlayacaq
Marneuli bələdiyyəsinin ictimai məktəblərində yaz tətili 8 mart tarixində başlayacaq. Marneuli Resurs Mərkəzinin nümayəndəsi İrma Davadze bizimlə söhbət zamanı bildirib ki, təhsil müəssisələri bir həftə ərzində tətilə çıxacaq.

Marneuli bələdiyyə miqyasında fəaliyyət göstərən 74 ictimai məktəbdə təhsil prosesi 15 mart tarixində bərpa olunacaq.

Məktəblərdə dövlət istirahət günləri bunlardır:
  • 14 oktyabr – Svetitsxovloba;
  • 23 noyabr – Müqəddəs Qiorqinin anım günü;
  • 19 yanvar – Natlisğeba;
  • 3 mart – Analar günü;
  • 8 mart – Beynəlxalq qadınlar günü;
  • 9 aprel – Vətən uğrunda həlak olanların anım günü;
  • 9 may – Faşizm üzərində qələbə günü;
  • 12 may – Müqəddəs Andrianın anım günü;
  • 26 may – Gürcüstan müstəqillik günü.

Print Email
FaceBook Twitter Google