Ramazan ayının başlaması münasibətilə müsəlman icmasının yaşadığı
Marneuli şəhəri, Sadaxlı və Qardabandə təbrik banerləri asılıb.
Bu bərədə Bütün Gürcüstan Müsəlmanları İdarəsindən "Marneuli"
radiosuna məlumat verdilər. Məlumata görə, təbirik banerləri
idarənin təşkilatçılığı ilə asılıb.
"Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə hər il olduğu
kimi bu il də mübarək Ramazan ayının başlaması münasibət ilə
Marneuli və Qardabanidə mərkəzi küçələrə Bütün Gürcüstan
Müsəlmanları İdarəsinin (BGMİ) təşkilatçılığı ilə təbrik banerləri
asılıb. Həmçinin Marneuli bələdiyyəsinin Sadaxlı kəndində də baner
asılıb.
Marneuli və Qardabani bələdiyyələrinə, təbrik banerlərinin
asılmasına göstərdikləri dəstəyə görə təşəkkürümüzü
bildiririk", – məlumatda qeyd olunub.
Onu da əlavə edək ki, təbrik banerləri ötən il də
yerləşdirilmişdi.