Marneulinin 8 küçəsində kanalların bərpası üçün elan edilmiş tender üçüncü dəfə də baş tutmayıb
Marneulinin 8 küçəsində kanalların bərpası üçün elan edilmiş tender üçüncü cəhddə də baş tutmayıb. Tenderdə heç bir şirkət iştirak etməyib.

Marneuli meriyası bələdiyyə ərazisində olan suvarma kanallarının bərpası üçün əvvəlcə 387 655 lari xərcləməyi planlaşdırırdı, ancaq yeni tenderdə vəsait 84 886 lari artırılıb və bu mərhələdə tender vəsaiti 472 541 lari təşkil edir.

Tsereteli kəndində (məktəb ərazisində), Marneuli şəhəri Ağmaşenebeli, Vaja-Pşavela, Lermontov, Yağlıca, Tbilisi, Lağidze və 20 yanvar küçələrində kanalların bərpası nəzərdə tutulub.

Marneuli yerli özünüidarəsi suvarma kanallarının bərpası üçün ilk tenderi 26 oktyabr tarixində elan edib. Tenderdə heç bir şirkət iştirak etməyib və buna görə də tender baş tutmayıb. Marneuli meriyası ikindi tenderi, eyni vəsaitlə 5 dekabr tarixində elan edib, üçüncü tender isə 15 fevral tarixində elan olunub.

Yeni tenderin elan ediləcəyi tarix hələ ki, məlum deyil.

Print Email
FaceBook Twitter Google