Marneuli Mədəniyyət Klubu, Kitabxana və Muzey Birliyi
“Mədəniyyət Mərkəzi” yaradıcı qrupların, ansamblların,
onların təşkil etdiyi müxtəlif tədbir iştirakçılarının, tədbirlərdə
iştirak edəcək sərnişinlərin, dekorasiyaların daşınması üçün
sərnişin/yük maşını icarəyə götürəcək.
Marneuli Mədəniyyət Mərkəzi sərnişin/yük maşınının sürücü ilə
birlikdə icarəyə götürülməsi üçün 23 fevral tarixində tender elan
edib.
“Təchizatçı sərnişinlərin nəqliyyatla (mikroavtobusla)
hərəkət etməsini, Marneuli şəhərindən bütün Gürcüstan ərazisinə,
tələbə uyğun olaraq, mərhələli şəkildə, 14 000 kilometr
çərçivəsində mikroavtobusların xidmətini, 2500 kilometr
çərçivəsində yük (dekorasiyaların daşınması məqsədi ilə)
avtomobillərinin xidmətini təmin etməlidir”, – tender
təklifində qeyd olunub.
Mədəniyyət Mərkəzi tərəfindən elan edilmiş tenderdə bir nəfər –
Davit Braçuli iştirak edib. O, Mədəniyyət Mərkəzinə xidməti 35 000
lariyə həyata keçirməyi təklif edib.
Tender təklifinə əsasən, Davit Braçuli tenderdə qalib gələrsə,
Mədəniyyət Mərkəzinə müqavilə bağlandıqdan sonra kilometraj başa
çatana qədər xidmət göstərməli olacaq. İndiki mərhələdə tenderdə
iştirak edən şirkətin seçimi/qiymətləndirilməsi prosesi
aparılır.