Marneuli bələdiyyəsinin Sadaxlı kəndində körpünün bərpası və
Şaumyanda daxili yollara asfalt qatının çəkilməsi işləri üçün elan
edilmiş tender bir daha baş tutmayıb.
Marneuli meriyası körpünün bərpası və daxili yollara asfalt qatının
çəkilməsi işləri üçün təkrar tenderi 8 mart tarixində elan edib.
Tender təkliflərinin qəbulu 11 mart tarixində başa çatıb, amma
tenderdə heç bir şirkət iştirak etməyib.
Marneuli meriyası Sadaxlı kəndində körpünün bərpası və Şaumyanda
daxili yollara (5 və 6 yol) asfalt çəkilməsi işləri üçün ilk
tenderi 26 yanvar tarixində elan etmişdi. Amma şirkətlər onda da
tenderdə iştirak etməyiblər.
Tender təkliflərinə görə, Marneuli meriyası işlər üçün hər iki
halda 187 692 lari nəzərdə tutub.
Meriya tərəfindən elan edilmiş tenderlərə əsasən Sadaxlıdakı
körpüdə beton plitənin qarşısındakı boşluqların iri daşlarla
doldurulması nəzərdə tutulub.
“Bərpa olunacaq körpü Bano çayı üzərində tikilib.
Layihə yataqda beton plitənin qarşısındakı boşluqların iri ölçülü
daşlarla doldurulması və yatağın formalaşması zamanı çıxarılan
balastla doldurulmasını nəzərdə tutur. Körpünün zədələnmiş orta
dayaqlarını gücləndirmək üçün ikiqat möhkəmləndirici ilə korpus
qurulur. Korpusu təşkil etməzdən əvvəl, dayaqlardakı boşluqlar
(boşluqlar) monolit betonla doldurulmalıdır. Korpusun bərkidilməsi
üçün dayaqlarda deşiklər açılmalı, 16 mm-lik möhkəmləndirici
lövbərlər düzülməlidir ki, onların üzərinə gövdə
bərkidilsin”, – tender sənədində yazılıb.
Şaumyan kənd layihəsində isə kəndin daxili ərazisində 6 hissənin
bərpası nəzərdə tutulub.
“Bugünkü vəziyyət görə, kəndin bərpa işləri aparılmamış
daxili yolları çınqıl tökülmüş, torpaq və çınqıl qarışıqlı örtükdən
ibarətdir. Yağış zamanı yollar palçıq olur və yerli sakinlərir
hərəkət etməkdə problem yaradır. Qeyd olunanları nəzərə almaqla
mövcud yolların bərpası lazımdır”, – tenderdə qeyd
olunub.
İndiki mərhələdə Marneuli meriyasının Sadaxlı kəndindəki körpünün
bərpası və Şaumaynda daxili yollara asfalt qatı çəkilməsi üçün
üçüncü tenderi nə zaman elan edəcəyi məlum deyil.