12 mart tarixində Qasımlı kəndində Novruz bayarmının gəlişi ilə
əlaqədar bayarm şənliyi keçirilib.
Şənlikdə kənd sakinləri və qonaqlar iştirak ediblər.
Tədbir Qasımlı Gənclər Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Mərkəzdən verilən məlumata görə, şənlikdə qədim adət-ənənələr
nümayiş etdirilib.
"Şənlikdə qədim adət-ənənələrimiz və Novruzun
rəmzlərindən olan səməni, müxtəlif şirniyyatlarla bəzədilmiş bayram
xonçaları və milli mətbəximizin ləziz təamları da yer almışdı.
Bayramın əsas personajları olan Kosa və Keçəlin çıxışı şənliyə
xüsusi zövq qatdı. Mərkəzin üzvlərinin baharı, ölkəmizi tərənnüm
edən mahnıları və rəqsləri bayram şənliyinin iştirakçılarında xoş
ovqat yaratdı. Biz də Qasımlı gənclər mərkəzi olaraq hər kəsi və
ümumilikdə türk dünyasını bahar bayramı münasibəti ilə təbrik edir,
ailənizə bol-bol ruzi bərəkət, xalqımıza isə əmin-amanlıq
gətirməsini diləyirik".
Qeyd edək ki, 12 mart tarixində Yel çərşənbəsi qeyd olundu. Martın
19-da isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz
bayramı axşamı isə martın 21-də qeyd olunacaq.