5-6 ədəd alça 15 lari – Marneuli bazarında ərzaqların qiyməti neçədir?
Marneuli bazarında 5-6 ədəd alça 15 laridir. Demək olar ki, bu, “Marneuli” radiosunun bu gün, 3 aprel tarixində aqrar bazarda gördüyü ən bahalı meyvədir.

Alıcılar bizimlə söhbətləri zamanı bildirirlər ki, bəzi ərzaqların qiyməti çox bahalaşıb. Onlardan biri də sarımsaqdır və onu 13 lariyə ala bilərsiniz.

“Ötən həftələrdə sarımsaq 8 lari idi. İndi isə 5
lari bahalaşıb. Ərzaqlar ümumiyyətlə bahadır, ancaq Marneuli bazarından almaq qismən sərfəlidir”,
– alıcılardan biri deyir.

Marneuli bazarında 3 aprel tarixinə olan qiymətləri sizə təqdim edirik:
  • 1 kq alma – 2-4 lari
  • 1 kq pomidor – 4-5 lari
  • 1 kq xiyar – 4 lari
  • 1 kq sarımsaq – 13 lari
  • 1 kq armud – 7 lari
  • 5-6 ədəd alça – 15 lari
  • 1 kq portağal – 4 lari
  • 1 kq banan – 4,5-5 lari
  • 1 kq üzüm -7,8 lari
  • 1 kq naringi – 2,5 lari
  • 1 kq çiyələk – 10 lari
  • 1 ədəd ananas – 13 lari
  • 1 kq heyva – 5 lari
  • 1 ədəd avokado – 5 lari


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google