Marneulinin 8 küçəsində kanalların bərpası üçün elan edilmiş tender dördüncü dəfə baş tutmayıb
Marneulinin 8 küçəsində kanalların bərpası üçün elan edilmiş tender dördüncü cəhddə də baş tutmayıb. Sonuncu tender 18 mart tarixində elan olunmuşdu və tenderdə heç bir şirkət iştirak etməmişdi.

Marneuli meriyası bələdiyyə ərazisindəki suvarma kanallarının bərpasına əvvəlcə 387 655 lari xərcləməyi nəzərdə tuturdu, ancaq yeni tenderdə vəsait 84 886 lari artıb və indiki mərhələdə tenderin dəyəri 472
541 lari təşkil edir.

Kanallın bərpası Tsereteli kəndində (məktəb ərazisi), Marneuli şəhəri Ağmaşenebeli, Vaja-Pşavela, Lermontov, Yağlıca, Tbilisi, Lağidze və 20 yanvar küçələrində planlaşdırılır.

Marneuli yerli özünüidarəsi suvarma kanalların bərpası üçün ilk tenderi 26 oktyabr tarixində elan etmişdi. Tenderdə heç bir şirkət iştirak etməmişdi. Buna görə də tender baş tutmamışdı. İkinci tender eyni vəsaitlə 5 dekabr tarixində elan olunmuşdu. Üçüncü tender 15 fevral, dördüncü isə 18 mart tarixində elan edilmişdi.

Yerli özünüidarənin qeyd olunun xidmət üçün beşinci tenderi nə zaman elan edəcəyi hələ ki, məlum deyil.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google