7 yaşlı Elif Mustafayevanın müalicəsi üçün 25 000 Avro məbləğə ehtiyac var
Marneulinin Mollaoğlu kəndində yaşayan 7 yaşlı Elif Mustafayeva “Serebral İflic” xəstəliyindən əziyyət çəkir.
Onun Türkiyənin İstanbul şəhərində müalicə olunması üçün 25 000 Avro məbləğə ehtiyacı var. Bu barədə Elif Mustafayevanın atası Sədi Mustafayev “Marneuli” radiosuna məlumat verdi.

“Gürcüstanda müalicə olundu, amma bir nəticə görmədik. Buradan hələ Türkiyəyə getməmişik. Amma həkimlər deyirlər ki, biz buradan oraya qırx beş, əlli faiz söz veririk. Həkimlərin İstanbulda 1 illik müalicəsinə 25 000 Avro istədilər”, - Sədi Mustafayev bildirdi.

Elif Mustafayevaya dəstək olmaq istəyənlər aşağıda verilən bank hesablarına vəsait köçürə və ya qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

GE27BG0000000162258238 - “SAKARTVELO” bankı

GE79TB7052845068100027 - TBC bank

Hesab istifadəçisi Aqil Yolçuyev

Əlaqə nömrəsi - 558555150

Print Email
FaceBook Twitter Google