"Gürcü Arzusu" tərəfindən irəli sürülmüş qanun qərblə bağlı gələcəyimizi məhv edir - media vasitələrinin bəyanatı
Müstəqil media nümayəndələri "Gürcü Arzusu" tərəfindən "Rusiya qanununun" yenidən parlamentdə irəli sürülməsinə münasibət bildiriblər və onları azadlığa hücum etməyi dayandırmağa çağırıblar.

Media nümayəndələri hesab edirlər ki, "Rusiya qanununun" məqsədi müstəqil, tənqidi, qərəzsiz media vasitələrinin və qeyri-hökumət təşkilatlarının yox edilməsidir.

Bəyanatı sizə təqdim edirik:
  • "Hakimiyyət bir daha bizi aldatdı və əhalinin kəskin etirazı nəticəsində bir il əvvəl qəbul edilməyən "Rusiya qanununu" seçkiqabağı geri qaytarır.
  • "Rusiya qanununun" əsas məqsədi müstəqil ictimai və media təşkilatlarının, azad ifadənin məhv edilməsi, ictimai fikrə total nəzarət yaradılması, hakimiyyəti rüşvətxorluqda, nepotizmdə, yoxsulluqda, insan hüquqlarının pozulmasında, vədlərin yerinə yetirilməməsində xatırlayan media vasitələrini məhv etməkdir.
  • "Gürcü Arzusu" tərəfindən irəli sürülmüş qanun bizim ölkəni Avropa ailəsindən ayıracaq, qərbi gələcəyimizi məhv edəcək;
  • "Rusiya qanunu" Rusiyada müstəqil medianı və ictimai təşkilatları, tənqidi fikri məhv edib, rus jurnalistləri və fəalları həbs ediblər, öldürüblər, sağ qalanları isə təqib edirlər. Rusiya ictimaiyyəti rejim qarşısında tam müdafiəsiz qalıb.
  • Biz "Rusiya qanununun" qəbul edilməsinə yol verməyəcəyik. Sona qədər qarşı çıxacağıq və "Gürcü Arzusunu" "azadlığa hücum etməyi dayandırmağa" çağırırıq.
"Gürcü Arzusu"-nun icra katibi Mamuka Mdinaradze bu gün, 3 aprel tarixində bildirib ki, hakimiyyət bir il əvvəl qəbul edilməyən "Rusiya qanununu " geri qaytarır və parlament dinləmələrinə başlayacaqlar.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google