Əzizkənd, Təzəkənd və Hacıisakənddə daxili yollara asfalt qatının çəkilməsinə 999 998 lari xərclənəcək
Marneuli yerli özünüidarəsi üç kənddə daxili yollara asfalt qatının çəkilməsinə 999 998 lari xərcləyəcək. Marneuli meriyası kəndlərdə daxili yolların təmiri üçün tenderi 28 mart tarixində elan edib.

Tender təklifinə görə, daxili yolların təmiri Əzizkənd, Təzəkənd və Hacıisakənddə nəzərdə tutulur.

Əzizkənddə daxili yol 10-cu və 13-cü küçələrdə təmir olunacaq. Layihədə nəzərdə tutulan hissənin ümumi uzunluğu isə 928 metrdir. Hacıisakənddə daxili yol 535 metr, Təzəkənddə isə 400 metr məsafədə yolun təmiri nəzərdə tutulub.

Marneuli meriyasının elan etdiyi tenderdə iştirak etmək istəyən şirkətlər 13 apreldən 18 aprel tarixində qədər öz təkliflərini göndərə bilərlər. Tenderdə qalib gələn şirkət müqavilə bağlandıqdan sonra 90 gün ərzində işləri yerinə yetirməlidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google