Bütün Gürcüstan Müsəlmanları İdarəsi hər il olduğu kimi bu il də
müsəlman məhkumlar üçün penitensiar xidmətə müraciət edib.
Bu barədə məlumatı Bütün Gürcüstan Müsəlmanları İdarəsi rəsmi
səhifəsində paylaşıb. Paylaşılmış məlumatı sizlərə təqdim
edirik.
“Bütün Gürcüstan Müsəlmanları İdarəsi ötən bayramlarda
olduğu kimi, bu il də qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar
müsəlman məhkumlar üçün bayram yeməklərinin qəbulu ilə bağlı Xüsusi
Penitensiar Xidmətə müraciət edib.
Xüsusi Penitensiar Xidməti Müsəlmanlar İdarəsinin müraciətinə
baxaraq, öz səlahiyyətləri daxilində mövcud qanunvericiliyə uyğun
olaraq 10-11-12 Aprel tarixlərində aşağıda göstərilən ərzaq
məhsullarının müəssisələrə buraxılmasına icazə verib.
Ramazan bayramı ilə əlaqədar müəssisələrdə icazə verilən
qidaların siyahısı:
1. Soyutma ət – 3 kq
2. Plov – 2 kq
3. Pendir – 2 kq
4. Üzüm qurusu əlavə olunmuş tort
5. Qızardılmış və soyutma toyuq əti
6. Xiyar-pomidor – 3 kq
7. Meyvə – 5 kq."
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında
kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında
kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook
səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə
göndərin! +995557994415