Zaur Darğallı "Rus qanununu" ikinci dinləmədə də dəstəklədi

Marneuli və Qadabaninin majoritar deputatı Zaur Darğallı “Rus qanununu” ikinci dinləmədə də dəstəkləyib.

Dəstəkçilər siyahısında həmçinin Kvemo-Kartlinin majoritar nümayəndələri olan Savalan Mirzoyev və Qogi Meşveliani var.

“Rus qanununu” 83 deputat dəstəkləyib.

Hələ də etiraz aksiyası Gürcüstan Parlamentinin önündə davam edir. Vətəndaşları rezin güllələr və gözyaşardıcı qazla dağıdırlar.

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul
etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


 

Print Email
FaceBook Twitter Google