“Aktual mövzu” – Kişilər qadınlarla konstruktiv dialoqdan çəkinirlər
Gender bərabərliyi. Qadın və kişi arasında bərabərlik. Qadınlar niyə görüşlərdə yoxdurlar? Qadınlar nə düşünürlər? Problemlərin həlli qadın məsələlərini nəzərə alaraq həll olunurmu? Bu sualı Marneuli radiosu qərar qəbul edən mövqelərdə olan siyasətçilərə, kişilərə tez-tez verir. O, qədər tez-tez sualı veririk ki, yerli özünüidarəetmə seçkilərinin işıqlandırılması zamanı media monitorinq qrupunun tədqiqatında Marneuli Radiosu gender baxımından sensitik media vasitəsi olaraq adlandırıldı. Biz sevinirik. Ancaq yerli səviyyədə qərar qəbul edən mövqelərdə olan şəxslər hesab edirlər ki, mövcud problemləri güclə qabardırıq.


Seçkilərdən əvvəl, qadınları simvol olaraq belə seçki siyahısında daxil etməyən ictimai məmurlar nə deyəcəklər və buna arqument olaraq administrativ xidmətlərdə işlə təmin olunan qadınları qeyd edirdilər, Assosiasiya müqaviləsində deyilir ki, “Assosiasiya müqaviləsi və onda yazılan tələblər, işlə təmin etmənin, sosial müdafiə və bərabər imkanlar sahəsində əməkdaşlığın dərinləşdirilməsinə dəstək olur. Gürcüstan sosial qoşulmaq və gender bərabərliyini təmin etməlidir”.
Bu ölkənin və idarəçi partiyanın prioritetidir.

Adətləri sevənlər olaraq deyirik ki, ənənəvi olaraq regionarda və xüsusən etnik azlıqların yaşadığı regionlarda qadın aktivliyi aşağıdır. 2017-ci ilin yerli özünüidarəetmə seçkilərindən sonra Marneuli bələdiyyə məclisində bir qadın da yoxdur. Qadının yeri mətbəxdədir stereotipi ilə qadın təşkilatları illər ərzində mübarizə aparırlar və Marneulinin yeni seçilmir meri Temur Abazov yalnız kişilərin iştirak etdiyi, əhali ilə ilk görüşündə bunu daha da dərinləşdirdi.

“İndi günorta vaxtıdır, yəqin ki, həyat yoldaşlarına yemək bişirirlər”.
Abazov Ombudsmanın seksist ifadəərdən çəkinsin deyərək verdiyi məsləhəti ciddiyə almadı və merliyin 8-ci ayında öz həyat yoldaşının şərəfini qorumaq üçün, insanlıqdan kənar və təhqiredici yanaşma ittihamı ilə həbsxanada hökm gözləyir.


Bu vəziyyəti analiz edən zaman yerli QHT “Demokrat Qadınlar Cəmiyyətinin” sədri Olqa Endeladze immitasiya olunmuş qadın bələdiyyə məclisi yaratdı. Məclis qadınların Bələdiyyə məclisində səsinin eşidilməsi və qadın maraqlarının nəzərə alınması ilə də qərarların qəbul edilməsi üçün yaradıldı.

İmmitasiya edimiş qadın bələdiyyəsinin ilk iclası yaxşı keçdi. İclası bələdiyyə sədri Amiran Qiorqadzenin özü aparırdı. Marneuli bələdiyyəsinin vərdiş etmədiyi canlı müzakirə baş tutdu. Ancaq bu layihənin ideya müəllifi olan Olqa Endeladze razı deyil, bu haqda bizimlə danışdı.

Olqa xanım olarsa deyərdiniz Marneuli miqyasında qadın bələdiyyə məclisi yaratmaq layihəsinin həyata keçirilməsi ideyası haradan yarandı?

Olqa – Təşkilat qoşulma mexanizminin inkişafı üzərində çalışır. Aydındır ki, qadınların gender baxımından qoşulmada problemləri var. Biz düşündük və cəhd göstərdik. Bu gün ələdiyyə iclasında qadınlar yoxdur. Biz də düşündük ki, başqa mexanizm yaradaq. Sonra özü də davam edə bilər. Qadınlar icmalarında olan problemlərdən açıq şəkildə danışa bilsinlər. Kənddə yaşayan qadınların problemdən açıq danışıb müzakirə etmək imkanı olsun. Biz düşünürdük ki, oradan real lider qadınlar kəşf edək. Bu təcrübə nəticəsində daha da proseslərə qoşulacaqlar. Ünsiyyət üçün bilik, məlumat, təcrübə qazansınlar və belə daha güclü lider olacaqlar. Perspektivdə düşünürdük ki, siyasi subyektlər bu xanımları görərdilər, bəziləri öz partiyalarına qoşardılar.Hazır qadın resursundan istifadə edərdilər. Amma biz nəyi aşkar etdik – qoşulan qadınlar kişilərlər ünsiyyət üçün hazır deyildilər. Mən yenə də müəyyən etdim ki, qadınlar öz mövqeylərini tutub, kəskin şəkildə bildirəcək qədər güclü deyillər. Bu stereotipdən gəlir ki, qadın kömək istəməlidir. Layihənin rəhbəri olaraq bu məndə ümidsizlik yaratdı. İkinci tərəfdən sakrebulo üzvləri də bu növ dialoq üçün hazır deyildilər.


– Ancaq bələdiyyə məclisi immitasiya olunmuş qadın bələdiyyə məclisi ilə çox maraqlı idi. Bələdiyyə məclisinin adət etmədiyi şəkildə müzakirə yarandı.

Olqa- Bəli, biz qadınlarla bələdiyyə məclisinin real iclasına gedirik. Ancaq orada real müzakirə olmur. Siyasi müzakirə də getmir. Mən düşünürəm ki, bələdiyyə məclisi üzvləri ilə müzakirə baş tutan yeganə hal elə bu idi. Mənim baxışımdan aşkarladım ki, problem həm də bələdiyyə məclisi üzvlərinin müzakirəyə hazır olmamasıdır. Hesabat vermək təcrübələri yoxdur. Onlar bilmir qadın seçicilərin qarşısında necə danışmalı, necə hesabat verməlidir. Real olaraq bu qadınlar üçün məlumat əlçatan deyil. Artıq şübhəm yoxdur ki, bələdiyyə məclisinin bir çox üzvləri də bu məlumata malik deyillər. Onlar formal olaraq iclaslarda iştirak edirlər. Artıq qadınlar arasında dialoqun mənası yoxdur. Bəli ümumi olaraq deyirlər ki, biz qadınlara hörmət edirik, qadınlarla dialoqa hazırıq. ancaq dialoq baş verən zaman bərabərlik olmur. Bələdiyyə məclisi üzvləri arasında dialoq, ünsiyyət mədəniyyəti yoxdur. Bu iclaslar zamanı da yaxşı görsənirdi. Yenə də kişi təbiəti elədir ki, özləri qərar qəbul edirlər. Bu problemdir. Qadınlarda isə belə deyil.

– Qadınlarla ciddi məsələlərdən danışmaqdan çəkinən siyasətçilər bilirlərmi ki, assosiasiya müqaviləsində də öhdəlik olaraq yazılıb ki, Gürcüstanın Avropa Birliyinə üzv olması səviyyəsinə qalxması üçün qadınların aktivliyi və qərar vermə proseslərinə qoşulması vacibdir

Olqa - Gender bərabərliyi artıq hamımızın tez-tez eşitdiyi sözlərdir. Deputatlardan da eşidirik. Mən düşünürəm ki, bunun tələb olduğunu bilirlər. Ancaq haradan və niyə olduğunu bilmirlər. Niyə bu ehtiyac var. Yerli özünüidarəetmənin nümayəndələri haqqında siyasətçi olaraq danışanda özümü narahat hiss edirəm. Çünki mən hələ elə yerli nümayəndə görməmişəm ki, siyasi dəyərləri etiraf etsin və həyata keçirsin. Elə təəssürat yaranır ki, bizim nümayəndələr siyasətə gəlməlidir, siyasətdə qalmalıdır ancaq heç bir siyasətləri olmamalıdır. Gender bərabərliyi Şurasının üzvlərindən soruşaq ki, hansı kəskin qadın problemlərini görürsünüz. Yerli hakimiyyət hansı problem üzərində çalışmalıdır. Şübhə edirəm ki, hansısa tam cavab alaq.


- Siz gender bərabərliyi şurasını xatırlatdınız. Demək istəyirəm ki, yerli səviyyədə onu qəbul etmək məcburi oldu. Ancaq Gürcüstanda parlamentdə gender şurası 2010-cu ildən yaradılıb. Ancaq regionlarda da vacib oldu ki, gender şuraları yaradılsın. Fevral ayından şura qəbul edilib. Şura üzvləri bələdiyyə məclisinin üzvləri və meriyanın əməkdaşlarıdırlar. Siz necə qiymətləndirirsiniz gender şurası necə fəaliyyət göstərməlidir? Sizin qeyd etdiyiniz problemlərin şansı varmı ki, şura vasitəsilə bu problemlər tanınsın sonra addım-addım çalışmalar getsin ki, problemlər aradan qalxsın.


Olqa – İlk növbədə onu deyim ki, şuranın artıq yaradılması müsbət faktdır. Bu şuranın ətrafında müzakirələrin olması da irəli atılan addımdır. Gender bərabərliyi probleminin aktuallaşdırılması və müzakirənin aparılması müsbət faktordur. Amma belə şuraların hər birindi insanların cəhd göstərməsi yoxdursa heç nə alınmayacaq. Şura üzvləri arasında bu dəyərlərin tanınması omayacaq. Mən indi kobud şəkildə demək istəmirəm ki, bu adamlar etiraf etmirlər. Ola bilsin bu mövzular üzərində çalışan, müvafiq araşdırmalar aparan QHT-lər tanıyır. Bu məlumatın paylaşılması, düşünülməsi və qiymətləndirilməsi olmalıdır. Şura üçün bu proses əsas məqsəddir. Yerli özünüidarəylə dünən çalışmağa başlamamışıq ki. Çox proseslər var. İctimai müzakirələr çox formal keçirilir. Risk böyükdür ki, bu da formal və nəticəsiz olacaq. Artıq bu planın gender strateji inkişafı prosesində bu bir az görsənirdi. Çünki müvafiq rekomendasiyalar verilmişdi. Bu nə dərəcədə nəzərə alınır o, artıq böyük məsələdir.


Bələdiyyə məclisinin gender məsələləri üzrə müşaviri danışır ki, gender şurasının büdcəsi yoxdur ki, vacib layihələr həyata keçirsin. Baxmayaraq ki, Marneuli meriyası ilə neçə illərdir müxtəlif QHT-lər gender baxımından çalışırlar. Bir çox nəticələr kənddə yaşayan qadınların ehtiyacarından və onların sosial qoşulmasının gücləndirilməsindən danışır. Gender Şurası isə bir il ərzində konkret problemlərin həll olunması üçün deyil artıq hamıya məlum olan ehtiyacların toplanması üzərində çalışır.





Print Email
FaceBook Twitter Google