Hamiləliyimin 4-5-ci aylarında idim qayınatam əsa ilə qarnıma vurdu" - Sığınacaq yeri olmayan, zorakılığa məruz qalan qadın
Ayşən Bəşirova yoldaşının ailəsi tərəfindən sistematik iqtisadi və psixoloji zorakılığa məruz qalıb.

“Evləndiyim oğlan məni toyda bəyənib. Yoldaşımın dayısı arvadı bizim qohumumuzdur, o, oğlanın mənə elçi göndərmək istədiyini və yaxşı oğlan olduğunu bildirdi. Anam uzun illərdir rəhmətə getdiyi üçün bütün qərarları atam verirdi. Oğlan atamında xoşuna gəldi, nişanlandıq, sonrada toyumuz oldu. Evləndikdən sonra Tiflisdə yoldaşımın ailəsiylə birlikdə yaşadıq. Evləndikdən qısa müddət sonra hamilə qaldım. Toydan bir ay keçməmiş qaynanam yavaş-yavaş deyinməyə başladı. O, deyirdiki mən səni onnuda istəmirdim, oğlumun xətrinə qəbul etdim. Bir müddət dava-dalaşdan sonra ayrı evə çıxdıq. Amma yoldaşım hər dəfə ata-anasının yanına gedib-gələndə evdə narahatçılıq olurdu. Bir müddət sonra dözməyib dedim ki, məni kəndə, dayımgilə apar, boşanaq. Yoldaşım etiraz etdi ki, mən səni buraxmaram, ailəsiylə vəziyyəti düzəldəcəyinə söz verdi.

Bir müddət sonra yoldaşım mənə dediki bir müddət kəndə gedək, hamiləsən bir az havanı dəyişərsən. Getdik dayımgilə, yoldaşım Tbilisiyə qayıtdı. Üç gündən sonra mesaj yazıb ki, bağışla mən səndən ayrılmalıyam. Dayımgil bunu qəbul etmədi, ailələr öz aralarında danışdı, geri yoldaşım evinə qayıtdım. Bundan sonra problemlə daha çox artdı. Qaynənəm və qaynatam məni hər cür təhqir edirdilər. Evli qaldığımız müddətdə dəfələrlə tələb etsəmdə rəsmi nigah qıymdılar. Evləndikdən bir müddət sonra qızıllarımı əlimdən aldılar. Hamiləliyin 4-5 ayında qaynatəm məni əl ağacıyla qarnıma vurdu, qolumla qarnımı qorudum, xoşbəxtlikdən uşağa bir ziyan dəymədi. “

Ayşən deyir ki, qaynənə-qaynatasının ailədə onu istəmidiyini bilmir amma onlarla yaxşı münasibət qurmaq üçün əlindən gələni edib.

Halbuki mən gəlinlik vəzifəmi yerinəyetirmək üçün əlimdən gələni edirdim. Hər gün səhər tezdən durub, evi təmizləyib, süfrəni hazırlayırdım. Hamiləlikdə də evin demək olarki bütün işləri mən görürdüm. Anasız böyüdüyüm üçün qaynanamı anam yerinə qoyurdum. Ona hörmət edirdim, amma o məni heç vaxt istəmirdi.

Bütün hamiləliyim stres altında keçirtdim. Evdə də düzgün yemək yeməyimə belə icazə vermirdilər. Çox vaxt qonşularda yeyirdim. Həkimə aparsalar belə həkimin təyin etdiyi dərmanları almırdılar. .

Atama boşanmaq haqda deyəndə, deyirdi ki “ boşanma döz, ailəni dağıtma”. Onlar öz aralarında danışarkən eşidirdim ki, uşaq doğulanda uşağı əlimdən almaq, məni dəlixanaya atmaq istəyirdilər. Axırda baxdım ki, heç bir çarəm yoxdur. Qərar verdim ki, ən yaxşısı uşağı doğmamış o evdən uzaqlaşmalıyam. Amma haraya gedəcəyimi, necə yaşacağımı bilmirdim. Atam deyirdi ki, uşağını at gəl, uşağı burada qoyub gedə bilməzdim. Özüm gürcü dilini bilmirəm, məktəbi bitirməmişəm burada iş tapıb işləməyim demək olarki, mümkünsüzdür. Bir tanışım vasitəsiylə hüquqşünasdan məsləhət almağa getdib. Vəziyyətimi görən, hüquqşünas “Sapari”təşkilatına müraciət edə biləciyimi dedi.

Təşkilatın dəstəyiylə Ayşən, yoldaşına məhdudlaşdırıcı order yazılmaqla, dövlət qadınlar evinə yerləşdirildi. Bir neçə gün əvvəl o, uşağını dünyaya gətirdi. Hazırda hər ikisinin vəziyyəti yaxşıdır.

Ayşən yoldaşının evində psixoloji və iqtisadi zorakılıq qurbanı olmasına baxmayaraq, bu məsələ haqda istintaq başladılmayıb.

Müəllif - Tozu Gülmamedova
Mənbə - Pəncərə
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər