İstanbulda Gürcüstan və Rusiya vətəndaşları arasında qarşıdurma ölümlə nəticələnib
CNN Türkün məlumatına görə, İstanbulda yükdaşıma şirkətlərinin əməkdaşları olan Gürcüstan və Rusiya vətəndaşları arasında qarşıdurma ölümlə nəticələnib.

İstanbulda mehmanxanalardan birində başlayan mübahisə daha sonra böyüyüb və küçədə davam edən qarşıdurmada soyuq və odlu silahdan istifadə olunub. Hadisə nəticəsində bir nəfər Rusiya vətəndaşı yaralanıb, hadisə yerindən qaçmağa başlayan Gürcüstan vətəndaşlarının arxasınca odlu silahdan atəş açan Rusiya vətəndaşları 56 yaşlı Gürcüstan vətəndaşını başından ağır yaralayıblar. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Gürcüstan Xarici İşlər Nazirliyindən “Netgazeti”yə verilən məlumata görə, Gürcüstanın İstnabuldakı konsulu yerli polislə əlaqə saxlayıb və onlardan rəsmi məlumat gözləyirlər.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google