70 ilə yaxın eyni köynək geyinən ər-arvadın evlilik sirləri
ABŞ-ın Obern şəhərindən olan cütlük 68 ildən
artıqdır eyni paltar geyinib. Ər-arvad bunu uzun müddət evli
qalmalarının sirlərindən biri hesab edir.
“Metro” nəşri xəbər verir ki, Frensis və Rozmari Klonts yuxarı
sinifdə tanış olublar və 68 il nikahda yaşayıblar.
Qadının sözlərinə görə, bir dəfə anası onlara eyni köynək alıb və
cütlük bundan sonra oxşar paltar geyinməyə başlayıb.
Onlar hesab edir ki, Tanrıya inanc onlara yaxşı münasibət saxlamağa
kömək edir.
Mənbə-Oxu.az