“Wizz Air” daşınan sərnişinlərin sayına görə Aviasiya bazarında liderlik edir
Gürcüstanın aviasiya bazarında fəaliyyətdə olan aviaşirkətlərin faiz hissələrinə görə, 2019-cu ilin son doqquz ayının göstəricilərinə əsasən yenə “Wizz Air” liderlik edir.

Kiçik büdcəli aviaşirkət bazarın 15 faizlik hissəsinə sahibdir. 11 faizlik hissə ilə ikinci və üçüncü yerdə “Turkish Airlines” və “Georgian Airways”-dir.

Müntəzəm və təkrarlanan çarter reysləri ilə Wizz Air – 592 988 sərnişin, (15%); Turkish Airlines – 443 932 sərnişin (11%); Georgian Airways – 435 208 sərnişin (11%); Ural Airlines – 190 341 sərnişin (5%); Pobeda Airlines – 180 684 sərnişin (4%); Ukraine International Airlines (UIA) – 168 672 sərnişin (4%); Fly Dubai – 166 259 sərnişin (4%); Pegasus – 135 494 sərnişin (3%); Air Arabia – 107 535 sərnişin (3%); SkyUp Airlines – 115 070 sərnişin (3%) aparıb.

Aviaşirkətlərin 2019-cu ilin son 6 ayının hissələri haqqında məlumatı www.gcaa.ge veb-səhifəsində görmək olar.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google