Vətəndaşın sözlərinə görə qəza yol xəbərdarlıq işarələrinin olmamasına görə baş verib

Nanuka Zaalişvili deyir ki, “East Point”in yanında, Kaxeti kəsişməsi yaxınlığında, yolun təmir-bərpası çərçivəsində avtomobil yolunda işarələr yoxdur.

Onun sözlərinə görə, işarələrin olmamasına görə onun həyat yoldaşı qəzaya düşüb, patrul isə reaksiya göstərmək əvəzinə yenə sürücünü cərimələyib.

Zaalişvili Facebookda yazır ki, onlar qəza yerində olduqları müddətdə daha 3 maşın oxşar vəziyyətə düşüb.

“Patrul diqqətsizliyə görə cərimə yazıb ki, sürücü çuxuru görməyib. Düşünürəm ki, şikayət daxil edim: 1. Cəriməyə görə patrulu şikayət edək 2. Patrul ekipajının biganəliyini şikayət edək ki, gələcəkdə başqalarının təhlükəsizliyinin qayğısına qalsınlar. 3. Yenidənqurma/Meriyaya qarşı şikayət ki, bu təhlükəli hissəsini belə qoyublar” - Zaalişvili Netgazetiyə deyib.

Netgazeti Tbilisi Meriyasına da müraciət etdi və meriyadan deyirlər ki, yerində meriyanın İnfrastruktur Xidmərinin Şəhər Xidməti yeraltı və kommunikasiya və asfaltın bərpası işləri aparır. Meriyanın məlumatına görə kəsişmədə ehtiyaca görə, işarələr yerləşdiriləcək.

“İşləri Meriyanın müqavilə bağlayan şirkəti “Ceu Qrup” həyata keçirir. İşlər cari ilin aprelində başlayıb və noyabrda bitəcək. Buna meriyanın müvafiq şöbələri nəzarət edir” – Meriyadan deyirlər.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google