Elizabet Rud - Yeni seçki proqramı Gürcüstanın demokratik yolda inkişafına yardım edəcək

“Gürcüstan üçün indi yaxşı mərhələdir, çünki ölkə tam proporsiyonal seçki sisteminə keçir və düşünürəm ki, bu proses ölkədəki demokratik institutların inkişafı üçün irəli atılan addım olacaq və daha çox plyüralizmin yaranmasına imkan verəcək”, – bu bəyanatı ABŞ-ın Gürcüstandakı səfi vəzifəsinin icra edən Elizabet Rud USAİD tərəfindən yeni dörd illik seçki və siyasi proseslər proqramının başladılması ilə bağlı keçirilən tədbirdə verdi.



Onun dediyinə görə, yeni seçki islahatı daha öncəki seçkilərdə baş verən uğursuzluqların düzəldilməsi üçün yaxşı imkandır.

Elizabet Rudun bəyanatına görə, yeni başlayan proqram bir neçə layihədən ibarətdir. Əsas məqsəd seçki və siyasi proseslərə vətəndaşların qoşulmasının və nəzarətinin gücləndirilməsidir.

USAİD Gürcüstanda yerli və beynəlxalq qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq vasitəsi ilə seçki və siyasi prosesləri dəstəkləmək üçün yeni dörd illik layihəyə başlayır.

Proqramın büdcəsi 14 milyon dollardır.

Proqramın başladılması ilə bağlı “2020-ci ilin seçkilərinə qədər qalan bir il və vətəndaşlara orientləşdirilmiş siyasət”i adlı tədbir “Şeraton Metexi Palasda” keçirildi.

Mənbə: Birinci Kanal

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər