"Həkim Vaja Qaprindaşviliyə azadlıq" – Marneulidə həkimlər aksiya keçirib
Bu gün, Marneuli tibbi klinikasının (köhnə xəstəxana) həkimləri Vaja Qaprindaşviliyə dəstək üçün aksiya keçiriblər. Onlar tibbi müəssisənin qarşısına çıxaraq həkim Vaja Qaprindaşviliyə həmrəyliklərini bildiriblər.

“Marneulinin tibbi cəmiyyəti həkim Vaja Qaprindaşvilinin azad edilməsini tələb edir. Çünki bu bütün dünyada sülh elçisidir. Vaja Qaprindaşvilini Rusiyanın işğalçı ordusu saxlayıb. O, müharibə zamanı yararlıları müalicə edirdi. Biz onun azadlığa buraxılmasını tələb edirik”, – aksiya iştirakçısı, cərrah Zaza Kamuşadze bildirir.


Xatırladaq ki, işğal qüvvələrinin nümayəndələri həkim Vaja Qaprindaşvilini 9 noyabrda Axalqori rayonunda saxlayıblar və onu sərhədi qəsdən pozaraq keçməkdə ittiham ediblər. De-fakto qanunvericiliklə isə bu cinayət hesab olunur. 15 noyabr tarixində Gürcüstanın ortoped-travmatoloqlar ittifaqının prezidentinə Tsxinvalinin De-fakto məhkəməsi tərəfindən iki aylıq həbs cəzası verilib.

Gürcüstan miqyasında bir çox tibbi müəssisələrdə Vaja Qaprindaşviliyə dəstək aksiyaları keçirib. Onun azad edilməsini Estoniyanın keçmiş prezidenti də dəstəkləyir. O, video müraciət yayımlayıb və orada De-Fakto Cənubi Osetiya hakimiyyətindən Vaja Qaprindaşvilini azad etməyi tələb edib.

Print Email
FaceBook Twitter Google