Uşaq pornoqrafiyası işi ilə bağlı valideyn və müəllimlər saxlanılıb
Həddi-büluğa çatmamış şəxslərin trefikinqi ilə bağlı valideyn və müəllimlər saxlanılıb. Ümumi hesabda 11 nəfər həbs edilib. Bu məsələ ilə bağlı DİN-də brifinq keçirilir.

“Müəyyən qədər məbləğ qarşılığında valideynlər uşaqları ABŞ vətəndaşı tərəfindən Tbilisidə qurulmuş foto salona aparırlarmış və orada həddi-büluğa çatmamış şəxslərin pornoqrafik xarakterli foto-video materialları çəkilirmiş və çəkiliş sonra xaricə satış məqsədi ilə həyata keçirilmiş”, - DİN-dən bildirirlər.

Onların məlumatına görə, həddi-büluğa çatmamışların saxlanılan müəllimi fəal şəkildə uşaqların seçim prosesinə qoşulubmuş.

İşlə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 255-ci maddəsinin 3-cü hissəsi, 143²-cü maddəsinin 2-ci hissəsinin “b” altbəndi ilə, 3-cü hissəsinin “q” altbəndi və həmin maddənin 4-cü hissəsinin “a” altbəndi ilə istintaq aparılır. Bu maddələrlə əvvəlcədən azyaşlı olduğunu bilərək həddi-büluğa çatmamış şəxsin təsvir olunduğu pronoqrafik materialın qanunsuz hazırlanması-istifadəyə verilməsi və mütəşəkkil qrup tərəfindən iki ya daha çox azyaşlıya qarşı həyata keçirilmiş trefikinqə qoşulma ilə bağlı 17-ildən 20 ilə qədər yaxud daimi azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Uşaq trefikinqi işi ilə bağlı cəmi 22 nəfər saxlanılıb, onlardan 11 nəfəri bir neçə ay əvvəl saxlanılıb.

Mənbə: On
Print Email
FaceBook Twitter Google