Marneuli 1 saylı uşaq bağçasında istilik sisteminin olmamasına görə valideynlər binanın qarşısına toplaşıblar (FOTO)

Bu gün, 11 dekabr tarixində valideynlər Marneulinin “Tut bağı” deyilən ərazisində yerləşən 1 saylı uşaq bağçasının qarşısına toplaşıblar. Onların sözlərinə görə, artıq iki gündür ki, bağçada istilik sistemi normal şəkildə çalışmır. Buna görə də valideynlər bir neçə gündür ki, uşaqlarını bağçadan evə tez aparmaq məcburiyyətində qalıblar. Onlar deyirlər ki, bu gün yenə də bağçada səhər saatlarında istilik sistemi çalışmayıb. Valideynlər istilik sisteminin çalışmaması ilə bağlı Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmova məlumat veriblər. Bundan sonra bağçaya istiliyin verilməsi bərpa olunub.

Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, istilik sistemində təzyiqin aşağı düşməsinə görə artıq ikinci gündür ki, bağçada istilik sistemi sönüb. Kərəmovun sözlərinə görə, onlar artıq çilingər çağırıblar və tez bir zamanda problem aradan qaldırılacaq.

“Gecə sistemdə təzyiq aşağı düşdüyünə görə, ikinci gündür ki, sistem sönür. Dünən tezdən mənim işçim gəldi, burada qızdırıcını qoşdu və axşama kimi normal çalışdı. Bu gün yenə də zəng edib dedilər ki, yenə keçib. Biz bu gün başa düşdük ki, problem mövcuddur. Bu gün də ustaya zəng edib bildirmişik. Bu gün axşama kimi gəlib problemi aradan qaldırmalıdırlar. Haradasa sızıntımı var, nə isə varsa, bilmirəm sistemdə təzyiq aşağı düşür. Bu gün həmin problem ikinci dəfə əmələ gəldiyinə görə, başa düşdük ki, burda daimi problem var. O problemi aradan qaldırmaq üçün çalışırıq”, – Zaur Kərəmov dedi.


Zaur Kərəmov onu da əlavə etdi ki, istilik sistemi hal-hazırda normal şəkildə çalışır, onların nəzarəti altındadır və texniki problemin aradan qaldırılması üçün çalışmalar davam edir.

Kərəmov qeyd etdi ki, havaların soyumasına görə bağça binalarında əvvəlcə dağlıq bölgələrə, daha sonra isə aran bölgələrinə oktyabrın əvvəlindən başlayaraq mərhələli şəkildə istilik sistemi qoşulmağa başlayıb.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər